Əsas Səhifə > Hadisə > Separatçıların lideri “LXR”dən qaçdı
Separatçıların lideri “LXR”dən qaçdı1-09-2018, 19:33 |
|
Qondarma “Luqansk Xalq Respublikası”nın (LXR) nazirlər şurasının sədri Sergey Kozlov “respublika”nı tərk edib. Rubrika.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində sentyabrın 1-də yazıb. “Yaranmış vəziyyətlə əlaqədar və təhlükəsizlik məqsədi ilə bir müddət Luqansk Xalq Respublikası ərazisini tərk edirəm. Hamını sakitliyə dəvət edirəm. Düşmən məğlub olacaq. Yaxınlarımızın qətlinə görə qisas alacağıq”, - S.Kozlov əlavə edib. “LXR”in rəsmi dairələrindən isə bu xəbər təkzib edilib və Sergey Kozlovun “respublika” ərazisini tərk etməsi barədə məlumatların həqiqəti əks etdirmədiyi bildirilib. Rubrika.az Geri qayıt |