Əsas Səhifə > Hadisə > Rusiya Prezidenti: Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması Avropaya yük daşımalarını sürətləndirməyə imkan verəcək

Rusiya Prezidenti: Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması Avropaya yük daşımalarını sürətləndirməyə imkan verəcək


1-09-2018, 19:40
Rusiya Prezidenti: Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması Avropaya yük daşımalarını sürətləndirməyə imkan verəcək


Qərbi Avropa bazarlarını Asiya istehsalçıları ilə birləşdirəcək beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasını ən perspektivli layihələrdən biri hesab edirik. Bu dəhliz Cənubi Asiya və Yaxın Şərqdən İran vasitəsilə Avropaya yük daşımalarını xeyli sürətləndirməyə imkan verəcək.

Rubrika.az AZƏRTAC-a istinaden xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin sentyabrın 1-də Soçidə mətbuata bəyanatında bildirib.

“Bu arteriyanın ümumi uzunluğu 7 min kilometrdən artıqdır. Buraya dərmir yolu, bərə və avtomobil nəqliyyatı yolları daxildir. Həm də Şimal-Cənub dəhlizinin xeyli hissəsi Rusiya və Azərbaycan ərazisindən keçəcək. Qeyd edim ki, marşrutun ayrı-ayrı hissələri üzrə iş artıq aparılır. Gələn il ölkələrimiz Samur sərhəd çayı üzərindən körpünün tikintisini başa çatdırmaq niyyətindədir”,- deyə Prezident Vladimir Putin vurğulayıb.


Rubrika.az
Geri qayıt