Əsas Səhifə > Hadisə > Bakının Sabunçu rayonunda su kəsiləcək

Bakının Sabunçu rayonunda su kəsiləcək


4-09-2018, 11:14
Bakının Sabunçu rayonunda su kəsiləcək

Bakının Sabunçu rayonu ərazisində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün Buzovna qəsəbəsinə və Albalılıq yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Rubrika.Az "Report"a istinadla xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin açıqlamasında bildirilir.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Rubrika.Az
Geri qayıt