Əsas Səhifə > Hadisə > Köçəryanın pasportu əlindən alındı

Köçəryanın pasportu əlindən alındı


4-09-2018, 16:47
Köçəryanın pasportu əlindən alındı

Onun ölkə xaricinə çıxması qadağan edildi

Ermənistan Xüsusi İstintaq Xidməti (XİX) Robert Köçəryana ölkəni tərk etməyi qadağan edib və üstəlik, onun xarici pasportunu əlindən alıb.

Rubrika.Az Musavat.com-a istinadən bildirir ki, bu barədə Köçəryanın vəkili Aram Orbelyan xəbər verib.

Qeyd olunur ki , Robert Köçəryan istintaq orqanına yazılı məktubla müraciət edərək ölkədən çıxmaq niyyətində olduğunu xahiş etmişdi. Keçmiş prezident Ermənistan qanunlarının onun ölkə xaricinə sərbəst şəkildə getməyə mane olmadığını ərizəsində göstərib. Lakin onun bu istəyi istintaq xidməti tərəfindən geri çevrilib. Təhqiqat orqanı Cinayət-prosessual məcəllədə təqsirləndirilən şəxsin xarici parportunu müsadirə etmək hüququna malik olduqlarını Köçəryanın diqqətinə çatdıırb.

Hazırda Robert Köçəryanın vəkilləri XİX-in bu qərarından şikayət ediblər.

Bundan daha öncə isə, eks-prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan Köçəryanın Ermənistandan bir neçə günlüyə getmək istəyini təsdiqləmişdi. Soqomonyan Köçəryanı azadlığa buraxan Apellyasiya məhkəməsinin onun bu hüququnu məhdudlaşdırmadığını önə sürmüşdü.

Vəkil Aram Orbelyan isə istintaq orqanının qərarının heç bir əsasının olmadığını qeyd edib. “Konstitusiya məhkəməsinin qərarında hər hansı bir şəxs haqqında qətimkan tədbiri seçilmədiyi halda onun pasportu gəzdirmək hüququ olduğu yazılıb”,- vəkil deyib. Arabelyan buna görə istintaqın hərəkətlərindən prokurorluğa şikayət etdiklərini söyləyib.

Hüquq müdafiəçisi Janna Aleksanyan isə məhkəmənin ümumiyyətlə hər hansı qətimkan tədbiri seçməməsinə təəccüblə yanaşdığını deyib. “Bu cür ağır cinayətlə bağlı qətimkan tədbirinin seçilməməsi məhkəmənin qərəzli (Köçəryanın xeyrinə) yanaşmasının göstəricisidir”, - hüquq müdafiçəisi əlavə edib.

Keçmiş hakim, “Müstəqil hakim “adlı QHT-yə rəhbərlik edən Parqev Ohanyan isə Köçəryanın ölkəni tərk etmək hüququna malik olduğunu iddia edib. Lakin o, keçmiş prezidentin bundan qaçmaq üçün istifadə edəcəyinə inanmadığını söyləyib. Ohanyanın fikrincə, bu Köçəryanın onsuz da yüngül olmayan vəziyyətini daha da ağırlaşdıra bilər.

Rubrika.Az
Geri qayıt