Əsas Səhifə > Hadisə > Azərbaycan avtomobilləri Ukraynaya ixrac oluna bilər

Azərbaycan avtomobilləri Ukraynaya ixrac oluna bilər


4-09-2018, 21:17
Azərbaycan avtomobilləri Ukraynaya ixrac oluna bilər

Azərbaycan-İran müştərək müəssisəsi olan “Xəzər” avtomobil zavodu istehsal etdiyi avtomobilləri 2019-cu ildə MDB ölkələrinə ixrac etməyi planlaşdırır.

Rubrika.az Oxu.Az-a istinaden xəbər verir ki, bunu “AzerMash” avtomobil şirkətinin rəsmi nümayəndəsi Veronika Allahverdiyeva bildirib.

“Khazar” brendi altında avtomobillər 2018-ci ilin mart aytında istehsal olunmağa başlayıb. Artıq 300-də çox avtomobil istehsal olunub.

Avtomobil zavodu Neftçala sənaye zonasında yerləşir. Zavodun illik gücü 10 min avtomobildir.

Zavodda istehsal olunan bütün avtomobillər Avro-5 standartına uyğundur. Bu il 1,5 min avtomobilin istehsalı nəzərdə tutulur.


Rubrika.az

Geri qayıt