Əsas Səhifə > Hadisə > Bitkoin bahalaşır
Bitkoin bahalaşır4-09-2018, 23:50 |
|
Dünyada ən populyar kriptovalyuta olan bitkoin bahalaşır. Rubrika.az Trend-e istinaden məlumatına görə, bitkoin 7,2 min dollar ətrafında alınıb satılır. "CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 0,62% artaraq 7,276 min dollar təşkil edib. Alternativ kriptovalyutaların qiyməti isə ucuzlaşıb. Belə ki, "Ethereum" 1,53% və ya 285,54 dollaradək, "Ripple" 1,44% (0,333 dollara qədər), "Bitcoin Cash" isə 0,26% (625,86 dollaradək) ucuzlaşıb. Kriptovalyuta bazarının kapitallaşması hazırda 236 milyard dollar təşkil edir və bunun 53% faizi bitkoinin payına düşür. Rubrika.az Geri qayıt |