Əsas Səhifə > Hadisə > İran Avropaya noyabra qədər vaxt verdi

İran Avropaya noyabra qədər vaxt verdi


5-09-2018, 22:21
İran Avropaya noyabra qədər vaxt verdi


"Avropa ikinci sanksiyaların qüvvəyə minəcəyi 5 noyabra qədər İranla nüvə sazişinin qorunması üçün lazımi tədbirlər görməlidir".

Rubrika.az Modern.az-a istinaden xəbər verir ki, bu sözləri İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı deyib.


A.Əraqçının sözlərinə görə, nüvə sazişini özü üçün bir təhlükəsizlik məsələsi olaraq görən Avropanın sazişi qorumağa çalışdığını, amma indiyə qədər atılan addımlar yetərsizdir.

"ABŞ sanksiyaların bərpa olunmasından sonra Avropa İranla sazişin qorunması üçün zəruri addımlar atmasa, İranın bu sazişdə iştirakının mənası qalmır".


Rubrika.az

Geri qayıt