Əsas Səhifə > Hadisə > Paraqvay İsrailin qəzəbinə tuş gəldi

Paraqvay İsrailin qəzəbinə tuş gəldi


6-09-2018, 11:16
Paraqvay İsrailin qəzəbinə tuş gəldi

Paraqvay İsraildəki səfirliyini Qüdsdən Təl-Əvivə qaytarmaq qərarına gəlib. Bu fikirləri Paraqvay xarici işlər naziri Luis Kastiloni deyib.

Rubrika.az Oxu.Az-a istinadla xəbər verir ki, bununla bağlı “Novosti İsrail” məlumat yayıb.

“Paraqvay Yaxın Şərqdə sülhə nail olmaq üçün regiondakı diplomatik səylərə töhfə vermək istəyir”, - nazir bildirib.

O, prezident Qorasio Kartesin səfirliyin Qüdsə köçürülmə qərarını “səmərəsiz” adlandırıb. Onun sözlərinə görə, Paraqvay səfirliyin Qüdsdən köçürülməsinə qərar verib.

İsrail tərəfi Paraqvayın bu qərarına sərt reaksiya verib.

“İsrail Paraqvay tərəfinin qərarına mənfi yanaşır. Bu, iki ölkə münasibətlərini pisləşdirəcək”, - İsrail baş naziri Binyamin Netanyahu qeyd edib.

O, İsrailin Paraqvaydakı səfirinin müzakirələr üçün geri çağırılacağını bildirib.

Rubrika.az
Geri qayıt