Əsas Səhifə > Hadisə > Azərbaycan şaftalısında xəstəlik aşkarlandı

Azərbaycan şaftalısında xəstəlik aşkarlandı


6-09-2018, 11:24
Azərbaycan şaftalısında xəstəlik aşkarlandı

Rusiya Baytarlıq və Bitki Sağlamlığı Nəzarəti Xidmətinin əməkdaşları Azərbaycandan gətirilən 18 ton şaftalıda “qərb çiçəyi tripsi” böcəyi aşkar ediblər.

Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, bununla bağlı xidmətin Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə idarələri məlumat yayıb.

İdxal olunan meyvədə xəstəlik yoxlamalar əsasında müəyyən edilib.

Ekspertizanın təsdiqindən sonra “qərb çiçəyi tripsi” böcəyi aşkar edilmiş şaftalılar zərərsizləşdirilib.

Rubrika.Az
Geri qayıt