Əsas Səhifə > Hadisə > Sarkisyanın qardaşı qızı polisə təslim oldu
Sarkisyanın qardaşı qızı polisə təslim oldu6-09-2018, 14:47 |
![]() Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın axtarışda olan qızı Ani Ermənistan hüquq-mühafizə orqanlarına təslim olub. Rubrika.Az Virtualaz.org-a istinadla bildirir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat yayıb. Qeyd olunur ki, Ani Sarkisyan sentyabrın 1-də üzə çıxaraq Ermənistan polisinə təslim olub. Xatırladaq ki, Serj Sarkisyanın qardaşı Levon Sarkisyan, həmçinin qızı Ani və oğlu Narek Sarkisyan gəlir bəyannaməsindən yayınaraq qanunsuz varlanmada, sənədlərin saxtalaşdırılmasında və qanunsuz sahibkarlıq fəaliyyətində ittiham edilirlər. Rubrika.Az Geri qayıt |