Əsas Səhifə > Araşdırma > Paşinyanı Azərbaycana bağlayan tellər – Arxiv SƏNƏDLƏRİ
Paşinyanı Azərbaycana bağlayan tellər – Arxiv SƏNƏDLƏRİ6-09-2018, 16:56 |
![]() Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycanla bağlayan tellər tapılıb. Rubrika.Az-ın Modern.az-a istinadən əldə etdiyi məlumata görə, Böyük Vətən Müharibəsi ilə bağlı arxiv sənədlərində baş nazirin babası qardaşı Sarkis Saribekoviç Paşinyanın adına rast gəlinib. 1919-cu ildə İcevan rayonunun Sevkar kəndində anadan olan Sarkis Paşinyan kiçik leytenant rütbəsində SSRİ 16 Hava Ordusunun 237-ci qırıcı aviasiya alayında pilot kimi xidmət edib. Sovet arxivlərindəki məlumatlara əsasən, 1941-ci ilin avqustunda Tambov şəhər sakini Aleksandra Nikolaevna Paşinyanla ailə həyatı quran pilot 1942-ci il noyabrın 10-da döyüş tapşırığından geri qayıtmayıb. Bu zaman onun ailəsinin Azərbaycanın Qazax rayonu ərazisində məskunlaşdığı məlum olub. Başqa arxiv sənədində isə Sarkis Paşinyanın 1945-ci il iyulun 10-da alman əsirliyindən azad edildiyi və 14-cü ehtiyat atıcı diviziyasında müvafiq yoxlamadan keçdikdən sonra 1946-cı il noyabrın 30-da mülki həyata buraxıldığı qeyd olunub. Həmin yoxlamaların Paşinyanın əsirlikdə olarkən almanlarla əməkdaşlıq etməsi ehtimalı üzərindən aparıldığı qeyd olunur. ![]() ![]() Rubrika.Az Geri qayıt |