Əsas Səhifə > Hadisə > ETSN-dən hava şəraitinin dəyişəcəyi ilə bağlı XƏBƏRDARLIQ
ETSN-dən hava şəraitinin dəyişəcəyi ilə bağlı XƏBƏRDARLIQ7-09-2018, 12:49 |
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Abşeron yarımadasında sentyabrın 08-09-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Sentyabrın 09-da gün ərzində əsasən şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi sentyabrın 08-09-da ayrı-ayrı yerlərdə arabir güclənəcək. Rubrika.Az Geri qayıt |