Əsas Səhifə > Hadisə > Qaynatasını döyən azərbaycanlı dünya çempionu HƏBS EDİLDİ
Qaynatasını döyən azərbaycanlı dünya çempionu HƏBS EDİLDİ7-09-2018, 15:30 |
|
Kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov həbs olunub. Rubrika.Az unikal.org-a istinadən xəbər verir ki, idmançının həbsinə səbəb qayınatasını vəhşicəsinə döyməsidir. Belə ki, E.Məcidov qayınatasının yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəmnində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib. Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub. İdmançı 2 gündür Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. Qeyd edək ki, Ehram Məcidov "Neftçi" İSM-də kikboks bölməsinin baş məşqçisidir. Rubrika.Az Geri qayıt |