Əsas Səhifə > Dünya > Trampın “Twitter” hesabı bağlana bilər
Trampın “Twitter” hesabı bağlana bilər8-09-2018, 11:23 |
![]() ABŞ prezidenti Donald Tramp “Twitter”in qaydalarına riayət etməsə, hesabı bağlana bilər. Rubrika.Az Virtualaz.org-a istinadən bildirir ki, bunu mikrobloqun hüquq departamentinin rəhbəri Vijaya Gadde deyib. “Twitter”in daha öncə irqçi və şiddətə təşviq edən hesabları bağladığını xatırladan department rəhbəri, “ABŞ prezidentinin müəyyən olunan qaydalara əməl etmədiyi təqdirdə hesabının bağlana biləcəyini xatırladıb”. Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri Donald Trampın “Twitter” hesabının bağlanması ilə bağlı kampaniyaya başlayıblar. Rubrika.Az Geri qayıt |