Əsas Səhifə > Hadisə > Bakıda dəhşət – Arvadını bıçaqladı, kürəyində bıçaqla küçəyə atdı (FOTO 18+)
Bakıda dəhşət – Arvadını bıçaqladı, kürəyində bıçaqla küçəyə atdı (FOTO 18+)7-09-2018, 18:07 |
![]() Ötən gün günorta saatlarında Bakı şəhərində qadın əri tərəfindən bıçaqlanıb. Rubrika.az Musavat.com-a istinaden xeber verir ki, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Daxil olan məlumata görə, 1997-ci il təvəllüdlü Aydan Hətəmova çoxsaylı bıçaq xəsarətləri alıb. Koma halında 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Aydan Hətəmova dərhal əməliyyat olunub. Hazırda vəziyyəti orta-ağır olan qadın hazırda reanimasiyadadır. “Hazırda Aydan Hətəmovanın vəziyyəti orta-ağırdır. Sabah xəstəni palataya yerləşdirəcəyik”, – deyə xəstəxanadan məlumat verilib. Məsələ ilə əlaqədar Nəsimi rayon Prokurorluğdan BAKU.WS-ə bildirdilər ki, həyat yoldaşını bıçaqlayan 1993-cü il təvəllüdlü Rəhman Yaqub oğlu Cəfərov özü könüllü olaraq Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsinə gələrək təslim olub. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır. Rəhman Cəfərov həyat yoldaşı Aydan Hətəmovanı qısqanclıq zəminində bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |