Əsas Səhifə > Hadisə > Qanunsuz balıq ovu ilə bağlı reydlər başladı - FOTO

Qanunsuz balıq ovu ilə bağlı reydlər başladı - FOTO


7-09-2018, 18:34
Qanunsuz balıq ovu ilə bağlı reydlər başladı - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları balıq mövsümünün başlanması ilə əlaqədar olaraq Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olanlar və qeyri-qanuni işlər görənlərə qarşı reydlərə başlayıb.

Rubrika.az xeber verir ki, Oxu.Az-a daxil olan məlumatda bildirilir ki, qanunu pozanlara qarşı Azərbaycan Respublikasının (AR) Cinayət Məcəlləsi (CM) ilə uyğun olan cəza və cərimələr tətbiq olunacaq.

Su Polisi vətəndaşları əhaliyə xəbərdarlıq edir və AR-nın qanunlarına riayət etməyə səsləyir.

Qeyd edək ki, bu gündən start götürən reydlər bir ay müddətinə davam edəcək. Açıqlamada o da bildirilir ki, cari il müddətində balıq ovu ilə əlaqədar bəzi qanun pozuntularına rast gəlinib.

Belə ki, il ərzində qanunsuz balıq ovu ilə əlaqədar olaraq 96-cı (AR CM-nin 256-cı) maddəsi ilə cinayət işi açılıb və 9 ton 599 kq qanunsuz balıq tutularaq müsadirə edilib.

Qırmızı kitaba düşmüş quşların qanunsuz ovu ilə bağlı üç fakt aşkarlanıb
Qanunsuz balıq ovu ilə bağlı reydlər başladı - FOTO
Qanunsuz balıq ovu ilə bağlı reydlər başladı - FOTO


Rubrika.Az
Geri qayıt