Əsas Səhifə > Hadisə > Bakıda avtomobilin vuraraq öldürdüyü piyadanın yaxınları axtarılır - FOTO
Bakıda avtomobilin vuraraq öldürdüyü piyadanın yaxınları axtarılır - FOTO8-09-2018, 20:20 |
![]() Bakıda avtomobilin vuraraq öldürdüyü piyadanın yaxınları axtarılır. Rubrika.Az xeber verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sentyabrın 5-də gecə saat 01:24-də Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında 55-60 yaşlarında naməlum kişi yol nəqliyyat hadisəsi zamanı avtomobil vurması nəticəsində dünyasını dəyişib. Onun xarakterik əlamətləri : boyu 170-santimetr, arıq bədən quruluşlu, saçları ağdır. Şəxsiyyəti məlum olmayan şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə (012) 490-88-27, həmçinin 055-277-71-53 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Rubrika.Az Geri qayıt |