Əsas Səhifə > Hadisə > Bakıda 17 yaşlı gənc itkin düşüb
Bakıda 17 yaşlı gənc itkin düşüb8-09-2018, 22:14 |
|
Bakıda gənc oğlan itkin düşüb. Rubrika.az "Trend"ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Hacıyev küçəsi, 49-da yaşayan 1972-ci il təvəllüdlü Sadıqov Emin Bəxtiyar oğlu Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinə müraciət edərək onunla eyni ünvanda yaşayan oğlu, 2001-ci il təvəllüdlü Sadıqov Rəsul Emin oğlunun sentyabrın 4-də evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib. Faktla bağlı 4-cü polis bölməsində araşdırma aparılır. Rubrika.Az Geri qayıt |