Əsas Səhifə > Hadisə > Peterburqda Bakı sakininin meyiti tapıldı

Peterburqda Bakı sakininin meyiti tapıldı


8-09-2018, 23:30
Peterburqda Bakı sakininin meyiti tapıldı

Sentyabrın 7-də Sankt-Peterburq şəhərində yerli sakinlər zibil yeşiyinin arxasında ayaqları olmayan kişinin meyitini tapıblar.

Oxu.Az Dni.ru-ya istinadən xəbər verir ki, ölən şəxs Azərbaycan vətəndaşıdır.

Yerli hüquq-mühafizə orqanlarında artıq bu məlumatı təsdiqləyiblər.

İnsident yerində axtarış zamanı 39 yaşlı Bakı sakininin pasportu aşkarlanıb. Ölən şəxsin əlil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Rubrika.Az
Geri qayıt