Əsas Səhifə > Hadisə > Gömrükdə siqaret əməliyyatı - FOTO

Gömrükdə siqaret əməliyyatı - FOTO


10-09-2018, 11:10
Gömrükdə siqaret əməliyyatı - FOTO

Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ 21070” markalı avtomobil “Qırmızı Körpü” gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.

DGK-dan verilən məlumata görə, baxışdan öncə sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Yoxlama nəticəsində avtomobilin salonunda olan gödəkçənin içərisindən və vətəndaşın üzərindən 2800 ədəd “Marlboro” markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Rubrika.AzGömrükdə siqaret əməliyyatı - FOTO
Gömrükdə siqaret əməliyyatı - FOTO
Gömrükdə siqaret əməliyyatı - FOTO

Rubrika.Az
Geri qayıt