Əsas Səhifə > Hadisə > Bakıda hədə-qorxu yolu ilə qadının pulunu alan qrup üzvləri tutulub
Bakıda hədə-qorxu yolu ilə qadının pulunu alan qrup üzvləri tutulub10-09-2018, 14:23 |
![]() Bakıda hədə-qorxu yolu ilə qadının pulunu alan qrup üzvləri tutulub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edərək sentyabrın 6-da Nərimanov rayonu ərazisində yerləşən klubların birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə aparmasını, hədə-qorxu gələrək 457 manat pullarını almasını bildiriblər. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nəsib Məmmədov saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə təhvil verilib. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvü - Bakı şəhər sakini Rəhim Rzayev də saxlanılıb. Rubrika.Az Geri qayıt |