Əsas Səhifə > Hadisə > Paşinyan arvadının bərbərini köməkçi təyin etdi
Paşinyan arvadının bərbərini köməkçi təyin etdi10-09-2018, 18:29 |
|
Ermənistan baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın bərbəri Sofiya Navasardyanı şəxsi köməkçisi təyin edib. Rubrika.az Oxu.Az-a istinaden xəbər verir ki, bununla bağlı erməni KİV məlumat yayıb. Bu qərar erməni ictimaiyyətində narazılıqla qarşılanıb. İş burasındadır ki, buna qədər Paşinyan öz ingilis dili müəllimini mədəniyyət naziri təyin etmişdi. Paşinyanın mətbuat katibi Arman Yeqoyan jurnalistlərlə söhbətində bu məlumatı təsdiqləyib: “O, öz işi ilə məşğul olacaq, ancaq bu gündən baş nazirin köməkçisi vəzifəsini də tutacaq. Heç nə dəyişməyib, o, işini bundan sonra rəsmi şəkildə görəcək”. İndi bərbər maaşını ölkə büdcəsindən alacaq. Rubrika.Az Geri qayıt |