Əsas Səhifə > Hadisə > Gürcü avtoritet Şakira və Pikenin evini qarət etdi
Gürcü avtoritet Şakira və Pikenin evini qarət etdi10-09-2018, 20:46 |
![]() Barselona polisi kolumbiyalı müğənni Şakira və futbolçu Jerar Pikenin evini qarət edən gürcü əsilli kriminal avtoritet, “Qoqita” ləqəbli Qoçu Maisuradzeni yaxalayıb. Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, ona qarşı kriminal qruplaşmaya rəhbərlik etmə və qarət maddələri ilə ittiham irəli sürülüb. Xatırladaq ki, Şakira və Pikenin evi iyunun 6-da qarət edilib. Yerli mətbuatın məlumatına görə, Qoqita evlərin qarəti ilə məşğul olan müxtəlif kriminal qruplaşmalara rəhbərlik edib. Rubrika.Az Geri qayıt |