Əsas Səhifə > Hadisə > Qubada iki avtomobil toqquşub, xəsarət alanlar var
Qubada iki avtomobil toqquşub, xəsarət alanlar var10-09-2018, 21:45 |
![]() Quba rayonunda yol qəzası baş verib. Rubrika.Az "Report"un Şimal bürosu-na istinaden verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd yolunun rayonun Rostov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Daewoo Nexia" və "Renaut" markalı minik avtomobilləri toqquşub. Nəticədə birinci maşının sürücüsü - Qubanın Afurca kəndinin sakini, 1963-cü il təvəllüdlü Namiq Nəsrulla oğlu Siracov, həmçinin ikinci avtomobilin sürücüsü, 1954-cü il təvəllüdlü Hikmət Nəsirov və onun nəvəsi, 2002-ci il təvəllüdlü Rostov kənd sakini Aytac Ramil qızı Nəsirova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır. Rubrika.Az Geri qayıt |