Əsas Səhifə > Dünya > Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadıb
Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadıb11-09-2018, 10:20 |
![]() ABŞ Prezidenti Donald Tramp 2001-ci il sentyabrın 11-dən sonra ölkə üzrə elan edilən fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadıb. Rubrika.Az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın lideri bildirib. Onun sözlərinə görə, ölkədə terror təhlükəsi qalır və bu səbəbdən 2001-ci il sentyabrın 14-də elan edilən fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadır. Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də terrorçular ələ keçirdikləri 4 sərnişin təyyarəsini Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin yerləşdiyi “göydələn binalara” və Vaşinqton ətrafında yerləşən Pentaqonun çırpıblar. Onlardan biri isə ABŞ paytaxtına çatmadan Pensilvaniya ştatında qəzaya uğrayıb. Terror nəticəsində 2977 nəfər ölüb, 6300-ə yaxın insan yaralanıb. Rubrika.Az Geri qayıt |