Əsas Səhifə > Səhiyyə > Bakı Şəhər Baş Səhiyyə İdarəsinə yeni rəis təyin olunub - YENİLƏNİB
Bakı Şəhər Baş Səhiyyə İdarəsinə yeni rəis təyin olunub - YENİLƏNİB11-09-2018, 14:48 |
![]() Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva vəzifəsindən azad edilib. Rubrika.Az-ın Open.az-a istinadən əldə etdiyi məlumata görə, E. Əliyeva öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Qeyd edək ki, E. Əliyeva 2012-ci ildən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsində çalışırdı. *** Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi dəyişdirilib. "Report" xəbər verir ki, 2012-ci ildən idarənin rəisi vəzifəsində çalışan Elmira Əliyeva sentyabrın 4-də öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov "Report"a faktı təsdiqləyərək bildirib ki, bu vəzifəyə Merli Veyisova təyin edilib. M.Veyisova bu təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışıb. Qeyd edək ki, Elmira Əliyevanın işdən azad olunması ilə bağlı xəbəri ilk olaraq open.az saytı yayıb. Rubrika.Az Geri qayıt |