Əsas Səhifə > Hadisə > Gürcüstan marixuana ixracına hazırlaşır

Gürcüstan marixuana ixracına hazırlaşır


11-09-2018, 18:25
Gürcüstan marixuana ixracına hazırlaşır


Gürcüstanda marixuananın tibbi və kosmetik təyinatlı ixracı məqsədilə istehsalına icazə verilməsi məsələsi nəzərdən keçirilir.

Rubrika.Az “Report”un yerli bürosu-na istinaden verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata əsasən, bununla bağlı qanunvericiliyə düzəlişlər layihəsi hazırlanıb.

DİN qeyd edib ki, istənilən halda ölkə daxilində marixuananın satışı cinayət məsuliyyəti yaradır.

Yerli mətbuatın məlumatına görə, ölkədə marixuananın istehsalı lisenziyalaşdırılmış fəaliyyət növü elan olunacaq və lisenziya müsabiqə yolu ilə veriləcək.


Rubrika.Az
Geri qayıt