Əsas Səhifə > Hadisə > Türkiyə-İran sərhədində partlayış olub, 5 hərbçi yaralanıb

Türkiyə-İran sərhədində partlayış olub, 5 hərbçi yaralanıb


11-09-2018, 18:29
Türkiyə-İran sərhədində partlayış olub, 5 hərbçi yaralanıb


Türkiyə-İran sərhədində partlayış törədilib.

Rubrika.Az “Report”a istinadən xəbər verir ki, hadisə sentyabrın 11-də Türkiyənin İğdır əyalətinin Aralıq rayonunda, Ağrı dağının ətəklərində qeydə alınıb.

Belə ki, hərbçilər avtomobillə iki ölkə arasındakı sərhəd divarı xəttində yoxlama apararkən əldəqayırma qurğu işə düşüb. Nəticədə Türkiyənin 5 hərbçisi yaralanıb.

Avtomobildəki hərbçilər müxtəlif dərəcədə yaralanıblar. Onların həyatı üçün təhlükənin olmadığı da bildirilib.

Hadisə yerində əməliyyat keçirilir, araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt