Əsas Səhifə > Hadisə > “Total” İrana 80 milyard dollar zərər vurub

“Total” İrana 80 milyard dollar zərər vurub


11-09-2018, 19:14
“Total” İrana 80 milyard dollar zərər vurub


Son 16 ildə “Total” neft şirkətinin sayəsində İran 80 milyard dollar zərərə uğrayıb.

Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bunu İran parlamentinin büdcə və planlaşdırma komissarı Hüseyn Əli Hacı Deliqani bildirib.

O deyib ki, şirkət hər dəfə ölkəni tərk edəndə, iqtisadiyyata böyük ziyan vurub:

“Şirkət bir neçə dəfə İrana gəlib-getməsinə baxmayaraq, hər hansı bir ziyana düşəməyib. Neft Nazirliyi yenidən bu şirkətlə müqavilə imzalayıb”.

Xatırladaq ki, İran rəhbərliyi ilə P5+1 ölkələri (ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya) 2015-ci ilin iyul ayında nüvə proqramının məhdudlaşdırılması barədə razılığa gəlmişdilər.

ABŞ may ayında nüvə müqaviləsindən birtərəfli olaraq çıxdığını açıqlayıb. Bu ölkənin Xəzinə Nazirliyi isə 2015-ci ildə dayandırılmış İran sanksiyalarının avqustun 6-dan etibarən qüvvəyə mindiyini bəyan edib.

Qeyd edək ki, Fransanın neft və qaz şirkəti “Total” ABŞ-ın yeni sanksiyalarını əsas gətirərək, Fars Körfəzindəki Cənubi Pars Qaz Yatağı layihəsindən çıxdığını açıqlayıb.


Rubrika.Az
Geri qayıt