Əsas Səhifə > Hadisə > Fədayə Laçın həbsxanada kökəlməsindən danışdı
Fədayə Laçın həbsxanada kökəlməsindən danışdı12-09-2018, 16:44 |
|
Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən Fədayə Laçın Bakı İstintaq Təcridxanasındakı həyat tərzindən danışıb. Rubrika.Az-ın Oxu.Az-a istinadən xəbərinə görə, o, bu gün keçirilən məhkəmə iclasına gətirilib. Proses başlamazdan əvvəl müğənni həbsdəki vəziyyətinə toxunub. Fədayə etiraf etdi: “Qoca” ilə bələdçinin otağında görüşdüm O, azadlıqdakı durumu ilə müqayisədə həbsdə olarkən artıq çəki aldığını deyib: “Orada bütün günü yemək yeyirəm, oturaq həyat tərzi sürürəm. Ona görə kökəlmişəm. Mənə evdən də yemək göndərirlər”. O, saxlanma şəraitindən narazılıq etməyib. Rubrika.Az Geri qayıt |