Əsas Səhifə > Hadisə > Neftin qiyməti psixoloji həddi keçdi

Neftin qiyməti psixoloji həddi keçdi


12-09-2018, 21:51
Neftin qiyməti psixoloji həddi keçdi

“Brent” markalı neftin bir barelinin qiyməti 80 dollara çatıb.

Rubrika.Az Oxu.Az -a istinaden xəbər verir ki, bu barədə Intercontinental Exchange (ICE) elektron birjasının məlumatında bildirilir.

Noyabr fyuçersin bir barel üçün qiyməti 80,04 dollar idi. Birjada isə tələb-təklif zamanı 80,11 dollara çatıb. Bu, bu ilin may ayının 22-dən bəri ən yüksək göstəricidir.

WTI markalı neftin bir barelinin oktyabr fyuçersləri isə 2,31 faiz artaraq 70,85 dollara çatıb.

Sentyabrın 12-də ABŞ Energetika Nazirliyi ölkədə neftin kommersiya ehtiyatlarının 5,3 milyon barel (396,2 barel) azaldığını bəyan edib.


Rubrika.Az
Geri qayıt