Əsas Səhifə > Hadisə > Türkiyə İdlibə silah tədarükünü sürətləndirdi
Türkiyə İdlibə silah tədarükünü sürətləndirdi12-09-2018, 23:42 |
|
Türkiyə Suriyanın İdlib əyalətindəki müxalif qüvvələrə silah tədarükünü sürətləndirib. Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bu barədə “Reuters” agentliyi silahlı müxalifətdəki mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, məqsəd İdlibdəki silahlılara Suriya ordusunun planlaşdırılan hücumunun qarşısını almaqda kömək etməkdir. Mənbə qeyd edir ki, Ankara bu addımı Tehran sammitində Suriya ordusunun hücumunun təxirə salınması ilə bağlı anlaşma əldə olunmadığından atıb. Türkiyənin göndərdiyi silah arasında “Qrad” reaktiv yaylım atəş sistemi üçün raket və mərmi başlıqları var. Rubrika.Az Geri qayıt |