Əsas Səhifə > Hadisə > İcazəsiz ov edən ərəblər saxlanıldı
İcazəsiz ov edən ərəblər saxlanıldı13-09-2018, 10:30 |
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Neftçala rayonunun Uzunbabalı kəndi ərazisində müvafiq icazə olmadan ova cəhd edən üç nəfər saxlanılıb. ETSN-dən verilən məlumata görə, araşdırma zamanı ova cəhd edənlərin Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları Abdulrahman Fahad A Almehemid, Nasser Saleh H Alnuuayser, Fahad Sulaiman İ Alhumaid olduğu məlum olub. Onlardan üç ov tüfəngi, 50 patron götürülüb. Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub. Rubrika.Az Geri qayıt |