Əsas Səhifə > Hadisə > Gəncədə 35 yaşlı qadın özünü eyvandan atdı

Gəncədə 35 yaşlı qadın özünü eyvandan atdı


13-09-2018, 12:09
Gəncədə 35 yaşlı qadın özünü eyvandan atdı

Dünən Gəncə şəhərində 35 yaşlı Əliyeva Turan Yadigar qızı 4-cü mikrorayon ərazisində yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzilin eyvanından yerə yıxılıb.

Rubrika.Az Report-a istinadla bildirir ki, nəticədə ağır xəsarət alan qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Bu gün səhər məlum olub ki, Turan Əliyeva xəstəxanada ölüb.

Yaxınları hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirsələr də, aparılan araşdırmalar nəticəsində onun intihar etdiyi məlum olub. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt