Əsas Səhifə > Hadisə > ABŞ Azərbaycandan Avropaya qaz kəməri layihəsini dəstəkləyir
ABŞ Azərbaycandan Avropaya qaz kəməri layihəsini dəstəkləyir13-09-2018, 21:42 |
![]() ABŞ Azərbaycana aid "Şahdəniz" yatağından Avropaya təbii qazı nəqledıcı boru kəməri layihəsini dəstəkləyir. Rubrika.Az “Report”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın energetika naziri Rik Perri keçirdiyi brifinqdə bildirib. “Biz rəqabət tərəfdarıyıq. Odur ki, Azərbaycan təbii qazının Xəzər regionundan Avropaya nəqli üçün başqa bir boru kəmərinə də dəstək verdiyimizi təsdiqləmək istəyirəm”, – deyə Perri bildirib. ABŞ rəsmisi Rusiyanın həyata keçirdiyi “Şimal axını-2” layihəsinə avropalıların alternativ görmək istədiklərini qeyd edib. "Bu barədə çox söhbətlər eşitmişəm", - deyə o əlavə edib. Rubrika.Az Geri qayıt |