Əsas Səhifə > Dünya > ABŞ “sözə baxmayan” ölkələri cəzalandıracaq
ABŞ “sözə baxmayan” ölkələri cəzalandıracaq14-09-2018, 11:10 |
|
ABŞ energetika naziri Rik Perri bəyan edib ki, Vaşinqtonun “sözə baxmayan” ölkələri cəzalandırmaq hüququ var. Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, o, bu fikirlərini rusiyalı həmkarı Aleksandr Novakla görüşündən sonra deyib. “ABŞ sivil dünyanın üzvü kimi davranmayan ölkələri cəzalandıra bilər. Bunu etmək üçün çoxlu yollar var”, - o deyib. Perri sentyabrın 13-də verdiyi açıqlamada Vaşinqtonun Rusiya enerji sektoruna, eləcə də, “Cənub axını - 2” layihəsinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırdığını deyib. Rubrika.Az Geri qayıt |