Əsas Səhifə > Hadisə > Rəsmi Bakı: Ermənistanın Azərbaycana müharibə elan etməsi onun münaqişə tərəfi olduğunu açıq şəkildə göstərir
Rəsmi Bakı: Ermənistanın Azərbaycana müharibə elan etməsi onun münaqişə tərəfi olduğunu açıq şəkildə göstərir14-09-2018, 13:50 |
|
Ermənistanın Azərbaycana müharibə elan etməsi onun münaqişə tərəfi olduğunu açıq şəkildə göstərir. Rubrika.Az bildirir ki, bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. H.Hacıyev qeyd edib ki, Ermənistanın baş naziri tərəfindən ziddiyyətli və biri digərini inkar edən bəyanatlar verilməkdədir: ""Şant 2018" hərbi təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana müharibə elan etməsi və bunu ölkənin parlamentinin rəsmi internet səhifəsində yerləşdirməsi Ermənistanın münaqişə tərəfi olmasının növbəti və açıq göstəricisidir". O bildirib ki, Ermənistan rəhbərliyi öz əməlləri ilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlarda iştirakı ilə bağlı iddiasının cəfəngiyyatdan başqa bir şey olmadığını sübut edir. Rubrika.Az Geri qayıt |