Əsas Səhifə > Hadisə > Robert Köçəryanın vəkilindən hakimiyyətə tələb...

Robert Köçəryanın vəkilindən hakimiyyətə tələb...


14-09-2018, 18:22
Robert Köçəryanın vəkilindən hakimiyyətə tələb...


Ermənistanın güc strukturlarının rəhbərlərinin telefon danışığının internetdə yayılmasından sonra keçmiş prezident Robert Köçəryanın müdafiəçiləri əks-hücuma keçib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, R.Köçəryanın vəkili Ayk Alumyan 14 sentybarda bəyan edib ki, bundan sonra Robert Köçəryanın işini xüsusi istintaq xidməti araşdıra bilməz: “Biz tələb edəcəyik ki, araşdırma materialları başqa bir quruma verilsin”.

Hüquq müdafiəçisi fikirlərini bununla izah edib ki, Milli təhlükəsiz xidməti və Xüsusi istintaq xidmətinin rəhbərlərinin telefon danışığından sonra eks-prezidentlə bağlı araşdırmaları onlar aparmamalıdır.

Xatırladaq ki, sözügedən telefon danışığı zamanı bu qurumların rəhbərlərinin 1 mart 2008-ci il hadisələrini məhz Nikol Paşinyanın sifarişi əsasında araşdırdıqları və həbsləri onun tapşırığı əsasında həyata keçirdikləri aydın olub.


Rubrika.Az
Geri qayıt