Əsas Səhifə > Hadisə > Dostları ilə atasını öldürüb, yandırmaqda ittiham edilən oğula hökm oxundu: 54 illik həbs cəzası
Dostları ilə atasını öldürüb, yandırmaqda ittiham edilən oğula hökm oxundu: 54 illik həbs cəzası14-09-2018, 19:55 |
![]() Atasını bıçaqlayaraq öldürüb, sonra isə evi yandıran şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. Rubrika.az Musavat.com-a istinaden xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəsində qətl törətməkdə ittiham edilən 1997-ci il təvəllüdlü Elməddin İsmayılov, 1992-ci il təvəllüdlü Nəcməddin İsmayılov və 1976-cı il təvəllüdlü Vəlican Dadaşovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər günahsız olduqlarını deyiblər. Məhkəmədə müşavirədən sonra hökm oxunub. Hökmə əsasən Vəlican Dadaşova 19 il, Elməddin Əliyevə 18 il, Nəcməddin ismayılova isə 17 il müddətinə azadlıqdan məhrum edilib. İttihamda yazılır ki, Elməddin Əliyev atası İbrahim Əliyevi kişilərlə qeyri-təbii yolla cinsi əlaqədə olaraq əxlaqsız hərəkətləri ilə ailəsini rüsvay etməsinə görə qisas alaraq qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə əvvəllər məhkum olunmuş tanışları İsmayılov Nəcməddin və Dadaşov Vəlicana həmin cinayəti sifariş edib. Amma Vəlican Dadaşov özünü təqsirli bilmir. Deyir ki, Elməddin kafedə oturanda atasını öldürdüyünü deyib. Elməddin isə məhkəmədə atasının ölməsindən xəbərsiz olduğunu deyib. Elməddin söyləyib ki, əgər atasının hər hansı əxlaqsız hərəkətini görsəydi, ya özü, ya da qardaşı öldürərdi: "Mən gələndə gördüm ki, Vəlican atamı öldürüb. Görəndə qorxdum, özümü itirdim. Sonra dedi ki, əl izləri qaldığı üçün evi yandırmalıdır". 2016-ci il fevral ayının 1-də Xəzər rayonu Zirə qəsəbəsinin bağlar sahəsində Pirallahı qəsəbə sakini Azər Əliyevə məxsus bağ evində yanğın baş verib, nəticədə yanar konstruksiyalar yanıb. Rayon polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan yanmış meyit tapılıb. Mərhumun İbrahim Əliyev olması və onun kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən edilib. Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsi və prokurorluğu əməkdaşlarının peşəkarlıqla keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin İbrahim Əliyevin oğlu Elməddin Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq cinayətin digər iştirakçıları da müəyyən edilib və qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Vəlican Dadaşov və Nəcməddin İsmayılov da saxlanılaraq istintaqa cəlb ediliblər. Rubrika.Az Geri qayıt |