Əsas Səhifə > Hadisə > Dövlət başçısı jurnalistləri təltif etdi

Dövlət başçısı jurnalistləri təltif etdi


14-09-2018, 20:06
Dövlət başçısı jurnalistləri təltif etdi

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan” qəzetinin əməkdaşlarına “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə “Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşlarına “Əməkdar jurnalist” fəxri adı verilib:

Cavadov Seyran Qubad oğlu
Əzizli Bəxtiyar Məhərrəm oğlu
Hüseynli İxtiyar Kərim oğlu
Quliyev Lazım Məmmədqulu oğlu.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə “Azərbaycan” qəzetinin əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib. Bunlar Cəfərov Rəşad İslam oğlu, İmanquliyev Bahadır Bəkir oğlu, Mütəllibov Rüstəm Kamal oğlu və Vəliyev Elçin Vaqif oğludur.

Rubrika.Az
Geri qayıt