Əsas Səhifə > Bölgə > İsmayıllıda beton maneəyə çırpılan minik avtomobili yanıb

İsmayıllıda beton maneəyə çırpılan minik avtomobili yanıb


15-09-2018, 17:19
İsmayıllıda beton maneəyə çırpılan minik avtomobili yanıb

İsmayıllıda yanğınla müşayiət olunan yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, “VAZ” markalı minik avtomobilinin yol kənarındakı beton maneəyə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Rubrika.az
Geri qayıt