Əsas Səhifə > Hadisə > “Hüququn gücü, yoxsa gücün hüququ”-ABŞ və Rusiya ikinciyə daha çox inanır

“Hüququn gücü, yoxsa gücün hüququ”-ABŞ və Rusiya ikinciyə daha çox inanır


15-09-2018, 18:25
“Hüququn gücü, yoxsa gücün hüququ”-ABŞ və Rusiya ikinciyə daha çox inanır

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə əməkdaşlıq edənləri sərt tədbirlərlə hədələyib. Vaşinqton bu orqanın yurisdiksiyasını qəbul etmir. Elə Rusiyanın özü də Ukraynanın şikayətlərindən sonra BCM-lə əməkdaşlığı kəsib.

“Vaşinqton özünün və müttəfiqlərinin vətəndaşlarının qeyri-leqal (Beynəlxalq cinayət) məhkəmənin ədalətsiz ittihamlarından qorumaq üçün mümkün olan bütün tədbirləri görəcək”.

Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Con Bolton “Federalizm cəmiyyəti” adlı ultramühafizəkar elmi-tədqiqat mərkəzində çıxışı zamanı söyləyib. Boltonun mühazirəsi elə belə də adlanıb: “Amerika konstitusionalizminin və suverenliyinin beynəlxalq təhdidlərdən qorunması”.

Amerikalı siyasətçi Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ-ın suverenliyinə xələl gətirdiyini, ölkə vətəndaşlarına qarşı həmin qurumdan hər hansı fəaliyyəti olması halında hakimlərin sanksiya altına düşəcəyini, onların aktivlərinin isə dondurulacağını vurğulayıb.
“Hüququn gücü, yoxsa gücün hüququ”-ABŞ və Rusiya ikinciyə daha çox inanır

Con Bolton

“The New York Times” qəzetinin yazdığına görə, Beynəlxalq Cinayət Məhkəməsinin əleyhinə çıxışı Con Boltonun milli təhlükəsizlik məsələləri üzrə müşaviri postunda xarici siyasətlə bağlı ilk nitqi sayılır.

Boltonu əsəbiləşdirən BCM-in ABŞ-ı Əfqanıstandakı fəaliyyətinə görə məsuliyyətə cəlb etmək cəhdidir. BCM prokuroru Bensuda Fatu ABŞ hərbçilrəinin 2002-ci ildə Əfqanıstandakı cinayətlərlə bağlı məhkəmənin əlində kifayət qədər sübut olduğunu bildirmişdi.

Xanım Bensuda Fatu 2007-2011-ci il aralığında Əfqanıstanda 10 mindən çox dinc sakinin öldürüldüyünü qeyd edib. BCM buna görə həm ABŞ-ı, həm də Taliban hərəkatını məsul tutub.

Bensuda Fatu

Qeyd olunmalıdır ki, Beynəlxalq Cinayət Məhkəməsi 1998-ci ildə yaradılıb. Məhkəmənin yurisdiksiyasına hərbi cinayətlər, soyqırım və bəşəriyyət əleyhinə törədilən cinayətər daxildir. Məhkəmə Hollandiyanın Haaqa şəhərində yerləşir.

Belə bir məhkəmənin yaradılması ideyası hələ XX əsrin ortalarında, nasistlər üzərində keçirilən Nürnberq prosesindən sonra irəli sürülüb.

Hələ 1948-ci ildə BMT Baş Assambleyası qəbul etdiyi bir qətnamədə soyqırım və bu kimi ağır cinayətlərdə məsuliyyət daşıyan şəxslərin təqib olunması ilə məşğul olan xüsusi hüquqi orqanın təsis olunmasının vacibliyini vurğulamışdı.

Özünün o qədər də uzun olmayan tarixi ərzində BCM yalnız bir hökm çıxara bilib. O, Konqo üsyançılarının lideri Tomas Lubanqu Dyilo əleyhinə verilən qərardır. Dyilo beynəlxalq məhkəmənin qərarı ilə Konqo Dmeokratik Respublikasının şimal-şərqində törətdiyi cinayətlərə görə 14 il həbs cəzaı alıb.
“Hüququn gücü, yoxsa gücün hüququ”-ABŞ və Rusiya ikinciyə daha çox inanır

Tomas Lubanqu Dyilo məhkəmədə vəkilləri iə birlikdə

Bundan başqa, BCM Sudan rəhbəri Ömər Əl Bəşir, Liviyanın mərhum lideri Müəmmər Qəzzafiyə və onu ailə üzlərinə qarşı ittiham irəli sürüb. Hazırda beynəlxalq məhkəmə Kot d`İvuarın keçmiş preizidenti Loran Qbaqbonun işini araşdırır.

ABŞ-da isə əsasən respubikaçı prezidentlə dövründə Beynəlxalq Cinayət Məhkəməsinə mənfi münsibət göstərilib.

Belə ki, 2000-ci ildə Vaşinqton hələ Bill Klintoun prezidentlik etdiyi dövrdə məhkəmənin statusunu imzalamışdı.
“Hüququn gücü, yoxsa gücün hüququ”-ABŞ və Rusiya ikinciyə daha çox inanır
Lakin kiçik Corc Buşun iqtidarı həmin imzanı geri çağırıb. Bundan başqa, ABŞ-da BCM əleyhinə onların ABŞ vətəndaşlarının 3-cü ölkələrin ərazisndə saxlamağa cəhd etməsi halında hərbi gücdən istifadə olunmasının mükünlüyü barədə qanun qəbul edib.

Buş hakimiyyətdən getdikdən sonra Amerikanın bir qrup insan hüquqları təşkilatı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edərək prezident Corc Buş, vitse-prezident Dik Çeyni, keçmiş müdafiə naziri Donald Ramsfeldə qarşı İraqda törətdikləri cinayətlərə görə iş qaldırılmasını tələb etmişdi. Lakin bu cəhdləri heç biri fayda verməyib.

“Hüququn gücü, yoxsa gücün hüququ”-ABŞ və Rusiya ikinciyə daha çox inanır

Elə Rusiya da Beynəlxalq Cinayət Məhkəməsinin statusunu imzlaasa da 2016-cı ildə bu təşkilatda iştirak etməyəcəyini açıqlayıb. Belə ki, BCM prokuroru Bensuda Fatunun Krımın zorla Ukraynadan alınaraq ilhaqını “işğal “olaraq dəyərləndirməsi rusların xoşuna gəlməyib.


Rubrika.Az

Geri qayıt