Əsas Səhifə > Hadisə > Bakıda qohumunun evindən oğurluq edən şəxslər tutuldu
Bakıda qohumunun evindən oğurluq edən şəxslər tutuldu15-09-2018, 22:35 |
![]() Bakıda qohumunun evindən oğurluq edən şəxslər tutulub. Rubrika.Az Xezerxeber.az-a istinaden bildirir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Qəsəbə sakini Hakim Quliyev ''102'' zəng xidmətinə məlumat verib ki, avqustun 30-dan sentyabrın 4-ə qədər Rusiyanın Rostov şəhərində toy məclisində olarkən naməlum şəxslər onun evindən 8600 manat pulu və 2500 manat dəyərində qızıl-zinyət əşyalarını oğurlayıblar. Əməliyyatçılar bu işdə şübhəli kimi zərərçəkmişin qohumu Tural Abdullayev və onun dostu Əsəd Cavadovu saxlayıblar. Saxlanılan şəxslər oğurladıqları pulun bir qismini xərcləyiblər. Qızıllar və oğurluq pulun qalan hissəsi onlardan götürülərək sahibinə qaytarılıb. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanıb. Rubrika.Az Geri qayıt |