Əsas Səhifə > Hadisə > Birinci kurs tələbələri faciəvi şəkildə öldülər – Universitetə cəmi 1 gün getmişdilər…
Birinci kurs tələbələri faciəvi şəkildə öldülər – Universitetə cəmi 1 gün getmişdilər…17-09-2018, 16:57 |
![]() Xəzər dənizinin Sumqayıt hissəsində boğulan gənclərin hər ikisi tələbə olub. Rubrika.Az Report-a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Belə ki, Cəlilabad rayonu, Uzuntəpə kənd sakinləri – 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Bağırzadə Hakim Hatəm oğlu dənizdə çimərkən boğulublar. Onların meyiti FHN-in dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq yaxınlarına təhvil verilib. Məlum olub ki, hər iki şəxs bu il Sumqayıt Dövlət Universitetinə qəbul olublar. Onlar sentyabrın 14-də yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq Cəlilabaddan Sumqayıta köçüblər. Rubrika.Az Geri qayıt |