Əsas Səhifə > Hadisə > Ələt azad iqtisadi zonası ilə əlaqədar İşçi qrupu yaradılıb
Ələt azad iqtisadi zonası ilə əlaqədar İşçi qrupu yaradılıb17-09-2018, 19:45 |
|
Azərbaycan prezidenti İlham Əliyev Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Rubrika.Az Oxu.Az -a istinaden xəbər verir ki, sərəncama əsasən, İşçi qrupu müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə on ay müddətində Azad Zonanın təkmilləşdirilmiş mərhələli inkişaf konsepsiyasını və onun həyata keçirilməsinin ətraflı planını, Azad Zona ərazisinin zonalaşdırılması barədə təkliflərini, ətraf mühitin mövcud vəziyyəti barədə məlumatları və digər məsələləri hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etməlidir. İşçi qrupun rəhbəri Valeh Ələsgərov - Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini İşçi qrupun üzvləri Samir Nuriyev - Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Kərəm Həsənov - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Əli Abdullayev - Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Azər Bayramov Azərbaycan Respublikası maliyyə nazirinin müavini Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Süleyman Mikayılov - Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Saleh Məmmədov - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Qorxmaz Hüseynov - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Balababa Rzayev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Taleh Ziyadov - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Vüqar Əhmədov - “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini Əkbər Hacıyev - “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru. Rubrika.Az Geri qayıt |