Əsas Səhifə > Hadisə > Inın qardaşının qətlində Rusiya izi aşkarlandı

Inın qardaşının qətlində Rusiya izi aşkarlandı


17-09-2018, 20:40
Inın qardaşının qətlində Rusiya izi aşkarlandı

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib ki, Rusiya Şimali Koreya xüsusi xidmət orqanlarına Kim Çen Inın qardaşı Kim Çen Namın qətlində kömək edib.

Rubrika.Az TASS-a istinadən xəbər verir ki, bunu N. Heyli BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

O iddia edib ki, Rusiya Şimali Koreyaya biololoji maddələr ötürüb.

Qeyd edək ki, Kim Çen Nam 2017-ci ilin fevralın 13-də Kuala-Lumpur hava limanında qətlə yetirilib. Onun dərisində VX zəhərli maddənin izləri aşkarlanıb. Bu qətl ilə əlaqədar ABŞ Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edib.


Rubrika.Az
Geri qayıt