Əsas Səhifə > Hadisə > Azərbaycanlı futbolçu Rusiya Premyer Liqasında məhsuldar ötürmə edib- VİDEO

Azərbaycanlı futbolçu Rusiya Premyer Liqasında məhsuldar ötürmə edib- VİDEO


17-09-2018, 22:28
Azərbaycanlı futbolçu Rusiya Premyer Liqasında məhsuldar ötürmə edib- VİDEO

Azərbaycanlı futbolçu Ayaz Quliyevin çıxış etdiyi Rusiyanın "Rostov" klubu Rusiya Premyer Liqasında növbəti oyununu keçirib.

Rubrika.Az "Report"a istinaden xəbər verir ki, komanda 7-ci turda səfərdə "Ural"la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Matça start heyətdə başlayan A.Quliyev sona qədər meydanda olub. 22 yaşlı yarımmüdafiəçi görüşün 49-cu dəqiqəsində "Rostov"un vurduğu qolda məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, bu nəticədən sonra "Rostov" 14 xalla ikinci pillədə qərarlaşıb. "Ural" isə 5 xalla 14-cüdür.




Rubrika.Az
Geri qayıt