Əsas Səhifə > Hadisə > Çindən ticarət müharibəsində ABŞ-a cavab zərbə
Çindən ticarət müharibəsində ABŞ-a cavab zərbə18-09-2018, 20:16 |
|
Çin sentyabrın 24-dən ABŞ mallarına gömrük rüsumlarını artıracaq. Rubrika.Az Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının tarif komitəsinin yaydığı məlumatda deyilir. Ümumi dəyəri 60 milyard dollar olan mallara gömrük rüsumları 5 və 10 faiz artırılacaq. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin Çin mallarına yeni rüsumlar tətbiq etdiyini açıqlayıb. Tramp Çin lideri Si Tzinpinə hörmət etdiyini, lakin ABŞ-ın daha Çinə qarşı köhnə ticarət siyasəti yürüdə bilməyəcəyini bildirib. Rubrika.Az Geri qayıt |