Əsas Səhifə > Hadisə > Prezident İlham Əliyev: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
Prezident İlham Əliyev: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq18-09-2018, 22:37 |
|
Ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi addımlar atılır. Biz əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq. Rubrika.Az AZƏRTAC -a istinaden xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev sentyabrın 18-də Biləsuvara səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib. Biləsuvar rayonunda kənd təsərrüfatının, o cümlədən pambıqçılıq və digər sahələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, rayonda son üç il ərzində pambıq əkini sahələri üç-dörd dəfə artırılıb: “Məndə olan məlumata görə, bu il 12 min hektarda pambıq əkini təşkil edilibdir, üç il bundan əvvəl isə cəmi 3 min hektarda. Çünki pambıqçılıq Biləsuvar üçün ənənəvi kənd təsərrüfatı sahəsidir, əməktutumlu sahədir, məşğulluğu artırır, insanların rifah halını yaxşılaşdırır. Kənd təsərrüfatının digər sahələri də böyük önəm daşıyır. Bu ilin 8 ayında kənd təsərrüfatımız əhəmiyyətli dərəcədə artıb, sənaye istehsalı artıb, qeyri-neft sənayemiz isə təxminən 11 faiz artıb. Biz bu istiqamətdə işlərimizi bundan sonra da davam etdirəcəyik”. Rubrika.Az Geri qayıt |