Əsas Səhifə > Hadisə > Türkiyədə vətəndaşlıq almaq asanlaşdı - KİMLƏRƏ?

Türkiyədə vətəndaşlıq almaq asanlaşdı - KİMLƏRƏ?


19-09-2018, 11:53
Türkiyədə vətəndaşlıq almaq asanlaşdı - KİMLƏRƏ?

Türkiyə vətəndaşlığı almaq üçün müəyyən edilmiş investisiya limiti kəskin azaldılıb.

Bu barədə "Report" türk mətbuatına istinadən xəbər verir.

Məlumata görə, əgər indiyə qədər Türkiyədə 1 mln. ABŞ dolları dəyərində daşınmaz əmlak alan əcnəbilərə vətəndaşlıq verilirdisə, hazırda sözügedən məbləğ 250 min dollardır.

Bundan başqa, qonşu ölkədə investisiya limiti biznes qurub vətəndaşlıq almaq istəyənlər üçün 2 mln. dollardan 500 min dollara, yerli banklara depozit yerləşdirib vətəndaşlıq almaq istəyənlər üçün isə 3 mln. dollardan 500 min dollara endirilib.

Rubrika.Az
Geri qayıt